““Grok AI” “X”də bütün premium abunəçilər üçün əlçatan olacaq” – Mask


Amerikalı milyarder İlon Mask “xAI” şirkəti tərəfindən hazırlanmış “Grok AI” çatbotunun bu həftə “X” Premium abunəçilərinə təqdim ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Bu həftənin sonunda “Grok” təkcə “Premium+” abunəçiləri üçün deyil, bütün “Premium” abunəçiləri üçün əlçatan olacaq”, - sahibkar bildirib.
Qeyd edək ki, Mask “Grok AI” çatbotunun beta versiyasının 2023-cü ilin dekabrında istifadəyə verildiyini elan edib. “X”də bu yeni neyron şəbəkədən ilk istifadə edənlər “Premium+” abunəçiləri olub.
Xatlrladaq ki, keçən ilin iyul ayında sahibkar süni intellekt məsələləri ilə məşğul olacaq “xAI” adlı şirkətin yaradıldığını elan edib. Onun sözlərinə görə, “xAI” öz AI modelini təkmilləşdirmək üçün “X”dəki nəşrlərdən istifadə edəcək və həmçinin, ən təhlükəsiz yanaşma olan mümkün qədər maraqlı və həqiqəti axtaran süni intellekt yaratmağa çalışacaq.

DİGƏR XƏBƏRLƏR

Top