Sumqayıt sakini: “Sahibsiz itlərlə bağlı tədbir görən yoxdur” – Video


Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində sakinlər sahibsiz itlərin çox olmasından şikayətçidirlər.
Yeniavaz.com
-a müraciət edən sözügedən ərazinin sakini Aytəkin Bayramova bildirir ki, söhbət əsasən “Araz” supermarketin yaxınlığından və 42-ci məhəllədən gedir.
O deyir ki, bir neçə gün əvvəl onun övladına da itlər hücum edib, xəsarət yetiriblər.
“Aidiyyəti qurumlara müraciət etmişam, tədbir görən yoxdur”.





Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, şəhərdə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir:
“Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara bu işlərin daha da intensivləşdirilməsi üçün tapşırıq verilib. Qeyd edək ki, sahibsiz itlərin toplanılması, sığınacaqlara yerləşdirilməsi və peyvəndlənməsi işlərində könüllülərin fəal iştirakı da təmin edilib”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top