“Ermənistan KTMT qərarlarının qəbulunda iştirak etmir, amma onlara mane də olmur” – Paşinyan


Ermənistan KTMT-də iştirakını dondurub, qərarların qəbulunda iştirak etmir, amma onlara mane də olmur.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib.
“Biz mahiyyət etibarı ilə KTMT-də iştirakı dondurmuşuq. 2023-cü ilin sentyabrından KTMT-də daimi nümayəndəmiz yoxdur. Biz KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin o qərarlarının qəbulunda iştirak da etmirik”, - Paşinyan deyib.

DİGƏR XƏBƏRLƏR

Top