Yağış Goranboyda sürücülərə çətinliklər yaratdı – Video


Güclü yağış Goranboyda körpü ətrafında avtomobil və piyadaların hərəkətində çətinlik yaradıb.
Yeniavaz.com
xəbər verir ki, yağışın ardından yaranan sel suları Bakı -Qazax avtomagistralının üzərində yerləşən körpünün kənarına yığılıb.
Nəticədə həmin yoldan Naftalan, Tərtər, Bərdə və digər istiqamətlərdə gedən sürücülər çətin anlar yaşayıb.
Hətta avtomobillərində nasazlıq yaranan sürücülər də olub. Həmin yoldan istifadə edənlər bildirib ki, yağışdan sonra körpü ətrafı hər zaman belə vəziyyətə düşür.


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top