“Nvidia” dünyanın ən sürətlə bahalaşan şirkəti oldu


Dünyanın aparıcı çip istehsalçılarından biri olan “Nvidia” dünyanın ən sürətlə bahalaşan şirkəti olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Brand Finance” şirkətinin çərşənbə günü dərc olunmuş 2024-cü il üçün reytinqində məlumat verilib.
Məlumata görə, “Nvidia”nın dəyəri il ərzində 163% artaraq 44,5 milyard dollara çatıb. Bu, şirkətə keçən illə müqayisədə Amerikanın ən dəyərli brendləri siyahısında 58-ci yerdən 17-ci yerə yüksəlməyə imkan verib.
Ən bahalı brend isə il ərzində 74% bahalaşan (516,6 milyard dollara qədər) “Apple” şirkəti olub. Ən bahalı brendlər siyahısında ikinci yeri “Microsoft” tutub: onun dəyəri 78% artaraq 340,4 milyard dollara yüksəlib. “Google” isə üçüncü yerdə qalıb (333,4 milyard dollar, +18,5%).
Siyahıda dördüncü və beşinci yerlərdə “Amazon” e-ticarət şirkəti (308,9 milyard dollar, +3%) və “Walmart” şəbəkəsi (96,8 milyard dollar, -15%) qərarlaşıb. Həmçinin ilk 10-luğa 75,7 milyard dollar dəyərində “Facebook” (75,7 milyard dollar, +28%), “Verizon” (71,8 milyard dollar, +6%), “Instagram” (70,4 milyard dollar, +48%), “Starbucks” (60,7 milyard dollar, +13,5%) və “Tesla” (58,3 milyard dollar, -12%) şirkətləri daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top