
Azərbaycan Xalq Cəbəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, o, ötən gün – martın 18-də, saat 18 radələrində Daşkəsən rayon Bayan kəndi ərazisindəki polis postunda maskada olan mülki geyimlilər tərəfindən zorakılıqla maşına əyləşdirilib və naməlum istiqamətdə aparılıb.
Qeyd olunur ki, o saxlanılarkən bacısı da yanında olub. İddiaya görə, bacısı hadisə anını mobil telefonu ilə lentə almaq istəsə də, sözügedən şəxslər ona qarşı zorakılıq edərək, buna imkan verməyiblər.

Sahib Məmmədzadə
DİN-in mətbuat xidmətinin regional qrupundan Yeniavaz.com-a bildirilib ki, S.Məmmədzadə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb:
“O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləti davam etdirilir”.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz