Uşaqlarımızı pis vərdişlərdən necə çəkindirməliyik?


Hər bir valideynin uşaqları ilə bağlı öz arzuları var. Ən böyük arzumuz isə uşa-ğımızı hər işində dürüst olan, məsuliyyətini dərk edən, ətrafındakılara hörmətlə yanaşan bir insan kimi görməkdir. Əgər uşağımızın pis vərdişlərdən uzaq olma-sını istəyiriksə, ona tərbiyə edərkən diqqətli olmalıyıq. Bir valideyn kimi bu məsələdə ən çox yol verdiyimiz səhv uşağımızın mənfi hərəkətlərini görə bildiyimiz qədər müsbət hərəkətlərini görə bilməməyimizdir. Çünki biz uşağımızda istəmədiyimiz bir hərəkəti görəndə dərhal onu ifşa etməyə çalışır, istədiyimiz bir hərəkəti görəndə isə, necə deyərlər, yan keçməklə kifayətlənirik. Halbuki yalan danışan uşağa “Yalan danışma!”, ya da məsuliyyətsizlik edən uşağa “Məsuliyyətsizlik etmə!” demək onu bu hərəkətlərdən çəkindirmək əvəzinə, əksinə, daha da təhrik etmək deməkdir. Hətta bu hərəkətlərin tədricən o uşaqda pis vərdişə (və ya vərdişlərə) çevrilmək ehtimalı da çox yüksəkdir.
Digər tərəfdən, bu, uşaqda “Necə olsa, məni yalançı, məsuliyyətsiz və s. kimi qəbul edirlər” fikrinin formalaşmasına səbəb olur. Halbuki, uşağımızdakı pis hərəkətlərin qarşısını almaq üçün bu hərəkətlərin əksi olan yaxşı hərəkətlərdən istifadə etməliyik. Yəni, “Yalan danışma” demək əvəzinə “Düz danışanda sə-ninlə fəxr edirəm” demək uşağa daha yaxşı təsir göstərər. Ya da “Məsuliyyətsizlik etmə!” demək əvəzinə “Məsuliyyətli olmağın məni sevindirir” demək uşaqda daha yaxşı iz buraxır.
Bundan başqa, uşağınızın bütün hərəkətlərini müşahidə etsəniz və mənfi hərəkətlərini qiymətləndirdiyiniz kimi, müsbət hərəkətlərini də qiymətləndirsəniz (hətta bu, ən kiçik bir müsbət hərəkər belə olsa), yaxşı olar. Məsələn, uşağınız otağını az da olsa, yığışdırırsa, bunu nəzərinizdən qaçırmayın və minnətdarlığınızı bildirərək, bu hərəkətin gələcəkdə də davam etməsinə imkan verin. Və ya uşağınız tapşırıqlarını az da olsa, yerinə yetirirsə, bunu diqqətinizdən yayındırmayın və razılığınızı ifadə edərək, bu hərəkətin gələcəkdə də özünü göstərməsinə şərait yaradın. Beləliklə, siz öz uşağınızı ancaq bu cür pis hərəkətlərdən uzaqlaşdıra və yaxşı hərəkətlərə yaxınlaşdıra bilərsiniz. Necə deyərlər, artıq son söz sizindir...

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top