Qəzzada ölənlərin sayı 31 minə yaxınlaşır


İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri 30,9 mindən çox nəfər həlak olub.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzzada təcavüzü qurbanlarının sayı hazırda 30 960 nəfərdir. İsrail hərbi qüvvələrinin anklavda keçirdiyi əməliyyat zamanı yaralanaların sayı isə 72 524 nəfərə çatıb.
Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzada 82 fələstinli ölüb, 122 fələstinli isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top