Bayden ABŞ vətəndaşlarına illik müraciətinə gecikdi


ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni ABŞ vətəndaşlarına illik müraciətinə gecikdiyinə görə tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp sosial şəbəkələrdə məlumat yayıb.
“Prezident çox gecikdi. Bu, heç də yaxşı başlanğıc deyil. Əminəm ki, o, çox vacib işlər görürdü, amma indicə maşına minir. Gecikmək istəmirlərsə, həqiqətən çox sürətlə sürməli olacaqlar. Bunun üçün limuzinin sükanı arxasına Mario Andrettini qoymaq lazımdır ”, - deyə Tramp məşhur amerikalı avtoyarışçı Mario Andrettini xatırladıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bu gün “Ölkənin Vəziyyəti ilə bağlı” illik müraciətini edib. O, müraciətinə Ukrayna ilə bağlı bəyanatlarla başlayıb. Amerika Prezidenti çıxışında dünya tarixinin indiki məqamını 1941-ci illə müqayisə edərək, o vaxtdan bəri demokratiyanın belə təhlükə altında olmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top