Xorxe Jesus dünya rekordunun bir addımlığındadır


Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının baş məşqçisi Xorxe Jesus yeni komandası ilə dünya rekordunun bir addımlığındadır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ardıcıl 26 matçda qələbə qazanan portuqaliyalı baş məşqçi növbəti matçda da qalib gəlsə, dünya rekorduna şərik olacaq.
Türkiyənin “Super Liqa” nəhəngi “Fənərbağça”dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına üz tutan Xorxe Jesus yeni komandasında 26 matçlıq qələbə seriyasına imza atıb.
Beləliklə, Uelsin “Nyu Seynts” klubunun 27 matçlıq qələbə rekorduna yaxınlaşan “Əl-Hilal” daha bir matçda qalib gəlsə, ardıcıl ən çox qalib gələn komandanın rekordunu bölüşəcək. Ancaq hər şey Jesusun komandasının cümə günü, martın 8-də “Əl-Riyad”la oyunundan sonra məlum olacaq.
Qeyd edək ki, dünyanın ən uzun qələbə seriyasına malik komanda 2017-ci ilə qədər “Ayaks” olub. 26 oyunluq qələbə seriyası olan Niderland komandasının rekordu 2017-ci ildə Uelsin “Nyu Seynts” klubu tərəfindən yenilənib.
Ən uzun qələbə seriyası olan komandaların siyahısını təqdim edirik:

“Nyu Seynts” (Uels) - 27 matç;
“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 26 matç;
“Ayaks” (Niderland) - 26 matç;
“Ayaks” (Niderland) - 25 matç;
“Koritiba” (Braziliya) - 24 matç;
“Bayern Münxen” (Almaniya) - 23 matç;
“Real Madrid” (İspaniya) - 22 matç;
“Mançester Siti” (İngiltərə) - 21 matç.

DİGƏR XƏBƏRLƏR

Top