
Bu gün - 5 mart tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 68,9 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bundan əvvəlki - 29 fevral tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 11,1 milyon dollar azalıb.
Belə ki, 29 fevral tarixində keçirilən hərracda 80 milyon dollar həcmində valyuta satılıb.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 17 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 1 milyard 357 milyon dollar satılıb.
9 yanvar – 74,9 milyon dollar
11 yanvar – 80,4 milyon dollar
16 yanvar – 52,9 milyon dollar
18 yanvar – 58 milyon dollar
23 yanvar – 43,9 milyon dollar
25 yanvar – 42,8 milyon dollar
30 yanvar – 64,2 milyon dollar
1 fevral – 78,7 milyon dollar
6 fevral – 79,7 milyon dollar
8 fevral – 61,4 milyon dollar
13 fevral – 151,5 milyon dollar
15 fevral – 103,9 milyon dollar
20 fevral – 102,6 milyon dollar
22 fevral – 108,1 milyon dollar
27 fevral – 105,1 milyon dollar
29 fevral – 80 milyon dollar
5 mart – 68,9 milyon dollar.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz