Yeni ədliyyə naziri Fərid Əhmədov kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovu ədliyyə naziri təyin edib.
Yeniavaz.com
Fərid Əhmədovun dosyesini təqdim edir:
F. Əhmədov 1979-cu ildə Bakıda anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslığı, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu İngiltərənin Oksford Universitetinə doktoranturanı bitirmək üçün “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müşavir, 2022-ci ildə isə müavin təyin edilib.
F. Əhmədov həm də ADA Universitetinin hüquq fakültəsinin professorudur.
Ailəlidir, rus və ingilis dillərini bilir.

DİGƏR XƏBƏRLƏR

Top