BVF Ukraynaya 880 milyon dollar ayırdı


Beynəlxalq Valyuta Fondu (BVF) işçi səviyyəsində Ukraynaya 880 milyon dollar məbləğində növbəti tranşın ayrılması barədə razılığa gəlib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, tranş martda təsdiqlənmiş genişləndirilmiş kreditləşmə mexanizmi vasitəsilə Kiyevə göndəriləcək.
Vəsaitlərin ayrılması BVF rəhbərliyi və təşkilatın icraçı direktorlar şurası tərəfindən təsdiqlənməlidir. Onların bu məsələyə martın ikinci yarısında baxacağı gözlənilir.
Dörd illik uzadılmış kreditləşmənin əvvəlki 900 milyon dollarlıq tranşı dekabr ayında icraçı direktorlar şurası tərəfindən təsdiqlənib. Fond bundan əvvəl bu mexanizm üzrə Ukrayna üçün 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə dördillik proqramı təsdiqləyib. 2,7 milyard dollarlıq birinci tranş ötən il aprelin 3-də Ukrayna dövlət büdcəsinin ümumi fonduna daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top