Kadırovun qızı medal aldı


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qızı Xadicat Kadırova “Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xadji Kadırovun xatirəsinə” medalı alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov “Telegram” kanalında məlumat verib.
“Əziz bacım qızı Xadicat Ramzanovna Kadırovanı medal alması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm”, - Delimxanov yazıb.
Daha sonra o, Kadırovun qızının hər hansı problemin ən optimal həllini taparaq yüksək peşəkarlıq, bacarıq və yaradıcılıq nümayiş etdirdiyini əlavə edib.
Qeyd edək ki, fevralın əvvəlində Xadicat Kadırova Çeçenistan administrasiyası rəhbərinin sosial bloklarla qarşılıqlı əlaqə üzrə birinci müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Axmat-Xadji Kadırov 2003-cü ilin oktyabrından 2004-cü ilin mayına qədər Çeçenistana rəhbərlik edib. O, 2004-cü ilin mayında Qroznıdakı “Dinamo” stadionunda terror aktı zamanı həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top