ADR-in üzvü Əyyub Çələbi həbs olundu – Rəsmi


Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Gənclər Təşkilat komitəsinin üzvü Əyyub Çələbi həbs edilib.
Yeniavaz.com
xəbər verir bu barədə Daxili İşlər Nazilriyi məlumat yayıb.
Qurumun mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb:
“O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib”.
DİN Ə. Çələbinin hansı əsasla saxlanıldığını və həbs edildiyini açıqlamayıb.
Qeyd edək ki, yaxınları sosial şəbəkələr vasitəsilə Əyyub Çələbinin fevralın 10-u saat 18 radələrində mağazaya getmək üçün evdən çıxdığını və geri qayıtmadığını bildiriblər.
Qeyd olunur ki, qonşuları mülki geyimli şəxslərin onu maşına əyləşdirərək ərazidən uzaqlaşdığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top