
Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ Prezidenti Co Baydenin Misirlə Meksika prezidentlərini qarışdırdığı çıxışını şərh edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Belə ki, sosial şəbəkələrdə satirik xəbər portalının müəllifi Baydenin Misir prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti adlandırdığı çıxışı ilə bağlı zarafat edib.
“Ümid edirəm ki, Baydenə nüvə silahından istifadə etməyə icazə verilməzdən əvvəl ona bir növ təhlükəsizlik sualları veriləcək, məsələn, “Böyük piramidalar və sfinkslər hansı ölkədədir”, - deyə Mask gülən emoji ilə ona cavab verib.