
“İsrail hakimiyyəti tez-tez BMT-nin Qəzza zolağına anklav sakinləri üçün zəruri malların çatdırılmasına icazə verməkdən imtina edir”.
Yeniavaz.com xəbər verir ki, bunu təşkilatın rəhbəri Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə açıq debat zamanı deyib.
“Biz hələ də kritik ehtiyac duyulan malların mürəkkəb yoxlama prosesi və çoxlu əsassız imtinası ilə üzləşirik”, - Quterreş bildirib.
Baş katib həmçinin humanitar yüklərin çatdırılması üçün Qəzza zolağına daha çox keçid məntəqələrinin açılmasına çağırıb.