Separatçı “liderlər”in həbsdən – Fotoları


Azərbaycan Ordusunun Qarabağda keçirdiyi sonuncu antiterror əməliyyatından sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilən və barələrində həbs qətimkan tədbiri seçilən separatçı liderlərin fotoları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntülərdə Arayik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan kimi qondarma rejimin “yüksək vəzifəliləri”nin həbs həyatı əks olunub.



Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən erməni separatçılarının keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan və separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş Davit Babayan, eləc də 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Lyova Henrixi Mnatsakanyan saxlanılıblar.

DİGƏR XƏBƏRLƏR

Top