İsrail ordusu Qəzza zolağında daha bir hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər nəticəsində daha bir hərbçisini itirdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Givati ​​briqadasının əsgəri 20 yaşlı serjant Ori Gerbi Qəzza zolağının cənubunda döyüşlər zamanı aldığı yaralardan ölüb. O, HƏMAS qruplaşmasına qarşı quru əməliyyatı zamanı həlak olan 194-cü IDF hərbçisi olub. Ordunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı isə 530-a çatıb.

DİGƏR XƏBƏRLƏR

Top