Azərbaycanda, Ermənistanda və Gürcüstanda fərdi sahibkar nə qədər vergi ödəyir? – Böyük fərq


Məlum olduğu kimi, ötən il Vergi Məcəlləsinə dəyişikliklər edilib və bu dəyişikliyə əsasən bu ildən Azərbaycanda işçilərinin sayı 3-dən az olan mikro sahibkarlar üçün əvvəllər tətbiq edilən 75%-lik vergi güzəşti ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, Vergi Məcəlləsinin yeni tələblərinə əsasən 75%-lik vergi güzəştindən yararlanmaq istəyən mikro sahibkarların ən azı 3 işçsi olmalıdır.
Onu da bildirək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik mediada və sosial şəbəkələrdə geniş müzakirə olunub və mütəxəssislər tərəfindən tənqid olunub.
Bildirilir ki, bu dəyişiklik müxtəlif xidmətlər göstərən və bu zaman hər hansı bir işçiyə ehtiyacı olmayan mikro sahibkar hesab edilən fərdi sahibkarlar üçün böyük çətinliklər yaradacaq.
Məlumat üçün bildirək ki, qonşu Ermənistan və Gürcüstanda fərdi sahibkarlar üçün müəyyən edilən vergi dərəcələri Azərbaycanla müqayisədə aşağıdır.
Nümunə üçün Azərbaycanda, Ermənistanda və Gürcüstanda ay ərzində 1000 dollar qarşılığında xidmət göstərən və işçisi olmayan hər hansı bir fərdi sahibkarın vergi öhdəliyini təqdim edirik:

Qeyd edək ki, cədvəldə göstərilən vergi dərəcələri illik gəliri Azərbaycanda 118 min dollardan (200 min manat), Ermənistanda 15 min dollardan (6 000 000 dram), Gürcüstanda isə 187 min dollardan (500 min lari) az olan fərdi sahibkarlara şamil olunur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top