
Çinin “Betavolt” şirkəti 50 il ərzində elektrik enerjisi istehsal edə bilən yeni akkumulyator kəşf edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Betavolt” şirkətinə istinadla “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, 63 nüvə izotopundan ibarət batareya nüvə enerjisinin ən kiçik formasının dünyada ilk nümunəsidir.
Şirkətin məlumatına görə, nüvə batareyası 15x15x5 kub millimetr ölçülərə, 3V gərginliyə malikdir və 100 mikrovat enerji istehsal edə bilir. “Betavolt” 2025-ci ilə qədər 1 vatt tutumlu akkumulyator istehsal etməyi hədəflədiyini də bildirib.
Şirkət həmçinin bildirib ki, batareyanın çoxqatlı dizaynı yanğına və partlayışa davamlıdır. Digər tərəfdən batareya – 60 dərəcə ilə 120 dərəcə arasında olan temperaturlara tab gətirə bilir.
Yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib və smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq.
“Betavolt” nüvə batareyaları aerokosmik, süni intellekt, tibbi avadanlıq, mikroprosessorlar, qabaqcıl sensorlar, kiçik dronlar və mikro robotların uzunmüddətli enerji ehtiyaclarını ödəyə biləcək”, - məlumatda bidirilib.
