Bolqarıstan və Rumıniya da Şengen vizaları verəcək


Bolqarıstan və Rumıniya aprelin 1-dən qısamüddətli Şengen vizaları verə biləcəklər.
Yeniavaz.com
Schengen Visa Info”ya istinadla xəbər verir ki, sənədə əsasən, turistlər bütün Şengen üzvü olan ölkələrə bu dövlətlər vasitəsilə təyyarə və ya dəniz yolu ilə daxil ola biləcəklər,
“Bolqarıstan və Rumıniyanın bu il aprelin 1-dən Şengen C vizalarının verilməsinə başlaması gözlənilir. Viza əcnəbi vətəndaşlara 180 gün müddətində Şengen üzvü olan ölkələrə 90 günə qədər daxil olmaq və orada qalmaq imkanı verir”, - portal xəbər verir.
Bununla belə, iki dövlət tərəfindən Şengen vizalarının verilməsinə başlama tarixi ilə bağlı rəsmi sənəd yoxdur.
Portal yazır ki, təşəbbüs Aİ Şurasının Rumıniya və Bolqarıstan üçün dəniz və hava sərhədlərində Şengen zonası daxilində sərhəd nəzarətini ləğv etmək qərarı ilə bağlıdır. Belə ki, Avropa İttifaqı Bolqarıstan və Rumıniya ilə dəniz və hava sərhədlərində 31 mart 2024-cü il tarixindən etibarən sərhəd nəzarətini ləğv etmək qərarına gəlib.
Qeyd edək ki, hazırda 27 dövlət Şengen sazişində iştirak edir ki, burada da vahid sərhəd nəzarəti sistemi mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top