“Verilmiş vəsatət təmin edilmədi”

pensiya kartlarına qoyulan blokla bağlı vəsatətlər təmin edilmədi
Yanvarın 10-da “Abzas Media” işi üzrə həbs edilən Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalının ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.
Yeniavaz.com
“Abzas Media”ya istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib.
Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top