
İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 22,7 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
“Oktyabrın 7-dən İsrail təcavüzünün qurbanlarının sayı 22 722 nəfər artıb, 58 166 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Nazirlik, həmçinin son 24 saat ərzində 122 nəfərin öldüyünü, 256 nəfərin yaralandığını bildirib.