
“Qarabağ”-MOİK oyunu başa çatıb.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Oyundakı yeganə qolu 90+3-cü dəqiqədə Nəriman Axundzadə vurub.
“Qarabağ” növbəti mərhələdə “Sabah”la üz-üzə gələcək.
***14:05
“Qarabağ”-MOİK görüşü start götürüb.
Yeniavaz.com xəbər verir ki, oyunda ilk rəmzi toxunuşu Prezident İlham Əliyev edib.
Daha sonra görüşü MOİK klubunun futbolçuları başladıb.
***13:11
Bu gün saat 14:00-da Xankəndi şəhər stadionunda Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” MOİK-lə qarşılaşacaq.
Yeniavaz.com xəbər verir ki, tarixi qarşılaşmada artıq strat heyətləri açıqlanıb.
Belə ki, komandalar görüşə aşağıdakı tərkibdə çıxacaqlar:
“Qarabağ”: 23.Luka Quqeşaşvili, 2. Mateus Silva, 13.Bəhlul Mustafazadə (k), 4. Rahil Məmmədov, 44.Elvin Cəfərquliyev, 8.Marko Yankoviç, 20.Riçard Almeyda, 90.Nəriman Axundzadə, 19. Redon Cica, 17.Hamidu Keyta, 18.Juninyo
Baş məşqçi: Qurban Qurbanov.
MOİK: 1.Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3.Nicat Əskərov, 20.Nurlan Bayramov, 4.Ülvi İbazadə, 6. İsa Zeynallı (k), 8.Ramil Orucov, 10.Xəyal Bədirov, 11.Elvin Vəliyev, 77.Elmir Rəhimzadə, 17.Sabir Allahquliyev
Baş məşqçi: Qəzənfər Abbasov.