
“Rusiya sülhməramlısı dekabrın 11-də Qarabağda BTR-82-nin dağ yolundan çıxması nəticəsində həlak olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilib.
“Dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb”, - bülletendə deyilir.
Qeyd olunur ki, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara bütün lazımi tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiya sülhməramlı kontingentindən hospitalın tibb müəssisəsinə aparılıblar.
Xatırladaq ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşınının Xankəndidə dərəyə aşması ilə bağlı məlumat vermişdik.