“Sony” “Xperia”nın istehsalını dayandırır


Yaponiyanın “Sony” korporasiyası “Xperia” brendi altında smartfon istehsalını dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “PhoneArena” saytı tərəfindən məlumat verilib.
Sayt korporasiyanın tanınmış ticarət nişanından imtina etmək planları hazırladığını çinli insayderlərə istinadla bildirib.
Məlumata görə, şirkət 2024-cü ildə “Xperia” telefonlarının istehsalını dayandıracaq və digər cihazların istehsalına keçəcək. Buna baxmayaraq şirkət smartfon bazarını tərk etməyəcək. Çox güman ki, İT nəhəngi “Sony” və ya “Sony Phone” adlı yeni cihaz xəttini təqdim edəcək. Ehtimal olunur ki, 2025-ci ildə korporasiya smartfonlarda yeni dizayna keçəcək. Xüsusilə, şirkətin yeni smatfonlarında ön panelin altında gizlədilmiş ön kamera olacaq.
“PhoneArena”ya görə, “Xperia” xətti yüksək qiymətinə və kiçik həcminə görə o qədər də populyar deyil. Qlobal bazarda firma təxminən 0,35 faiz paya malikdir və istehsalçılar arasında 14-cü yerdədir.
Qeyd edək ki “Xperia” ticarət nişanı 2008-ci ildə ortaya çıxıb. Bu marka altında buraxılan ilk smartfon “Xperia X1” olub. Bundan əvvəl şirkət “Sony Ericsson” brendi altında telefonlar istehsal edib.

DİGƏR XƏBƏRLƏR

Top