Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi işdən çıxarıldı – Nazir müavini oldu


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Digər sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan MR İqtisadiyyat nazirinin müavini təyin edilib.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Abbas Cəlil oğlu İsmayılova həvalə edilib.

DİGƏR XƏBƏRLƏR

Top