Hüquq müdafiəçisinin saxlanıldığı bildirilir


Hüquq müdafiəçisi İlhamiz Quliyevin dekabrın 4-də Bakıda polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, vəkil Zibeydə Sadıqova “Amerikanın Səsi”nə deyib ki, İlhamiz Quliyev hazırda Yasamal Rayon Polis İdarəsində saxlanılır.
“O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Quliyev özünü təqsirli bilmir. Guya narkotikin miqdarı müəyyən edilmədiyindən hələ məhkəmə qarşısına çıxarılmayıb. Onun dekabrın 5-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir”, - vəkil qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top