
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə raket hücumu zamanı Suriyada olan iki müşavirinin həlak olduğunu bildirib.
Yeniavaz.com İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb. Onlar Suriyada sionist təcavüzünə müqavimət göstərən İslam müqavimətinə dəstək missiyasının üzvü olublar”, - məlumatda deyilir.