Zelenski Milli Qvardiya komandirinin dörd müavinini vəzifəsindən azad etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiya komandirinin dörd müavinini vəzifəsindən azad edib və bu vəzifələrə üç yeni müavin təyin edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, komandirin birinci müavini Vladimir Kondratyuk və üç müavin - Aleksandr Nabok, Oleq Saxon və Nikolay Nikolenko öz vəzifələrini itiriblər.
Eyni zamanda Milli Qvardiya komandanının yeni birinci müavini vəzifəsinə Vadim Qladkov, müavinləri vəzifəsinə isə Aleksandr Belous və Aleksey Osipenko təyin edilib.
Kadr dəyişikliklərinin səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Zelenski Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin müavini Aleksandr Tarasovskini və Ukrayna Silahlı Qüvvələri Tibb Qüvvələrinin komandanı Tatyana Ostaşşenkonu da vəzifəsindən azad edib.

DİGƏR XƏBƏRLƏR

Top