
Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş baş naziri Mixail Kasyanovu xarici agentlərin reyestrinə əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Bildirilir ki, Kasyanov Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.
Həmçinin qeyd edilib ki, o, xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, fəaliyyəti Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvü olub.