
Şimal Hərbi Dairəsi zonasında Rusiya hərbi texnikalarının üzərində yeni simvollar - taktiki işarələr peyda olub. Simvollar Yenisey zirehli qatarındakı zirehli texnikaların üzərində müşahidə edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, zirehli texnikaların görüntüləri agentliyin “Telegram” kanalında yayımlanıb.
Yayımlanan kadrlardan görünür ki, zirehli transportyorda ağ boya ilə rənglənmiş və bir-birinin içərisinə yerləşdirilmiş bərabərtərəfli tərs üçbucaqlar var. Əvvəllər belə simvolları olan zirehli texnikalar heç vaxt müşahidə edilməyib.
Agentliyin verdiyi məlumata görə, əvvəllər eyni zirehli transportyorlara “Cəsur” qoşunlar qrupunun istifadə etdiyi ağ dairələrdən ibarət simvollar - taktiki işarələr tətbiq edilib. Həmin dairələr bu ilin aprel ayında Müdafiə Nazirliyinin dərc etdiyi hesabatda da öz əksini tapıb. Ehtimallara görə, üçbucaqlar zirehli texnikalarda 2023-cü ilin aprel-avqust ayları arasında peyda olub.
Qeyd edək ki, bu işarələr Pskov desantına aid texnikaların üzərindəki taktiki simvollara bənzəyir. Belə ki, o texnikalar da oxşar tərs üçbucaqlara malikdirlər, lakin bu üçbucaqların içərisində Roma rəqəmləri var.