Si Cinpin və Bayden naharda nə yeyib? – Menyu


ABŞ Prezidenti Co Bayden Çin Prezidenti Si Cinpini nahara plov və badamlı tort dadmağa dəvət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanal Çin liderinin menyusunu nümayiş etdirib. Naharda, həmçinin, qızardılmış toyuq və pelmeni (Rus mətbəxinə məxsus ətli xəmir yeməyi) kimi bir neçə başqa yeməklər təqdim edilib. İçki kimi isə üzüm suyu seçilib.
Qeyd edək noyabrın 15-də Si Cinpin və Bayden arasında San-Fransiskonun (Kaliforniya ştatı) 40 km cənubunda yerləşən Filoli malikanəsində görüş olub. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Çin Xalq Respublikasının sədri ilə Ağ Evin hazırkı rəhbəri arasında aparılan danışıqlar Baydenin prezident kimi fəaliyyətə başladığı 2021-ci ilin yanvarından bəri yeddincidir. Ancaq dövlət başçıları iki dəfə şəxsən görüşüblər və birinci görüş 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında olub.

DİGƏR XƏBƏRLƏR

Top