“Xəstəxananın həyətində yüzlərlə cəsəd yığılıb” – Fələstin Səhiyyə Nazirliyi


“İsrail qüvvələri yüzlərlə meyitin yığıldığı “Şifa” xəstəxanasının həyətlərini hədəfə alır, buradakı vəziyyət epidemiyanın və əsl fəlakətin xəbərçisidir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirinin müavini Əbu əl-Riş AA müxbirinə açıqlamasında danışıb.
Əbu ər-Riş xəstəxanadakı humanitar vəziyyətin miqyasına diqqət çəkib:
“Qəzza zolağının ən böyük xəstəxanası olan Şifa Tibb Kompleksində vəziyyət çox təhlükəlidir, insanlar xəstəxananı tərk edə bilmirlər. Biz dəfələrlə tələb etmişik ki, xəstələrimiz xəstəxanadan çıxarılarkən onların təhlükəsizliyi təmin edilsin”.

DİGƏR XƏBƏRLƏR

Top