
“Qarabağdan Ermənistana gedən ermənilərin Ermənistan vətəndaşlığının alınması prosesi maksimum dərəcədə sadələşdirilib”.
Yeniavaz.com News.am-a istinadla bildirir ki, bu barədə Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Qazaryan məlumat verib.
“Biz İrəvanın pasport xidmətlərində elektron növbə sistemi tətbiq etdik, Dağlıq Qarabağdan (Qarabağ iqtisadi rayonu – red.) məcburi köçkünlərə təcili xidmət göstərilir. İşi asanlaşdırmaq, növbə və narahatçılığa yol verməmək üçün İrəvanda Dağlıq Qarabağdan məcburi köçkünlərin vətəndaşlıq ərizələrinin qəbulu üçün ayrıca ofis fəaliyyət göstərəcək”, - o bildirib.
Qazaryan deyib ki, Ermənistana üz tutmuş şəxslərə verilən mavi pasportlar vətəndaşlıq sənədi deyil:
“Mavi pasportlar səyahət sənədləridir, onlar şəxsiyyət sənədi kimi istifadə oluna bilər”.