Qəzzadakı quru əməliyyatında ölən İsrail əsgərlərinin sayı 30-a çatdı


Quru əməliyyatı başlayandan Qəzza zolağında HƏMAS hərəkatına qarşı döyüşlər zamanı həlak olan İsrail hərbçilərinin sayı 30-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə (İDF) istinadən məlumat yayıb.
Qeyd olunur ki, hərbçilərin məlumatına görə, İDF-nin 401-ci Zirehli Batalyonunun 22 yaşlı çavuşu noyabrın 5-də Qəzzada gedən döyüşlər zamanı həlak olub və bununla da quru əməliyyatının başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı 30-a çatıb.
Bildirilir ki, son 24 saat ərzində Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun paraşütçü briqadasının 202-ci batalyonunun əsgəri də ağır yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top