
“Mediazona” və BBC Rus Xidmətinin jurnalistləri könüllülər qrupu ilə birlikdə Ukraynada genişmiqyaslı müharibə zamanı həlak olan 35 780 rusiyalı hərbçinin şəxsiyyətini açıq məlumatlardan təsdiqləyiblər.
Yeniavaz.com xəbər verir ki, jurnalistlərin hesablamalarına görə, ölənlərin əksəriyyəti xidmətə çağırılan (6691 nəfər) və səfərbər olanlar (4232 nəfər) arasındadır.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı gündəlik məlumata görə, Rusiya Silahlı Qüvvələri 300 mindən çox hərbçisini itirib.