Azərbaycan Gürcüstana polis attaşesi təyin etdi


Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, səfir bu yaxınlarda Gürcüstanda fəaliyyətə başlayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yeni təyin olunmuş attaşesi Adil Bağırovu daxili işlər nazirinə təqdim edib.
“Vaxtanq Qomelauri onu Azərbaycan Respublikasının polis attaşesi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə tərəflər iki dövlət arasında hüquq-mühafizə sahəsində intensiv əməkdaşlığın vacibliyini vurğulayıblar. Daxili işlər naziri əməkdaşlığın daha da dərinləşməsində polis attaşelərinin mühüm roluna diqqət çəkib.
Tərəflər gələcək perspektivlərdən də danışıb, gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər”, - Gürcüstan DİN-in yaydığı məlumatda deyilir.


DİGƏR XƏBƏRLƏR

Top