Sonuncu əməliyyatın qəhrəmanlarından şəhid baş leytenant Sahib Daşdəmirov...


Qarabağda keçirilən sonuncu antiterror tədbirlərinin qəhrəmanlarından biri də şəhid baş leytenant Sahib Daşdəmirovdur.
Yeniavaz.com
xəbər verir ki, Daşdəmirov Sahib Natiq oğlu 6 may 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Alı Mustafayev adına 202 saylı tam orta məktəbdə təhsil almağa başlayıb, 2009-cu ildə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib.
2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2016-cı ildə buradakı təhsilini başa vurub.
23 iyun 2016-cı ildən 30 avqust 2017-ci ilədək Şəmkir korpusunda N saylı hərbi hissədə snayper taqım komandiri vəzifəsində çalışıb. 30 avqust 2017-ci ildə isə oradan könüllü olaraq Qazax rayonunda yerləşən N saylı hərbi hissəyə keçib və 25 may 2018-ci ilədək orada taqım komandiri vəzifəsini tutub.
Həmin tarixdən etibarən 14 may 2020-ci ilədək isə Murovda (Toğanada) başqa bir hərbi hissədə taqım komandiri olub. 16 fevral 2023-cü ilədək Gədəbəy rayonu ərazisində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. Şəhidlik zirvəsinə ucalanadək Xocavənd rayonu ərazisindəki hərbi hissədə taqım komandiri vəzifəsini tutub.
19 sentyabr 2023-cü ildə Ordumuzun Qarabağda başlatdığı və bir gün davam edən lokal xarakterli antiterror tədbirləri zamanı gedən döyüşlərdə iştirak edib. Sentyabrın 20-də şəhidlik zirvəsinə yüksəlib. 2-ci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!






DİGƏR XƏBƏRLƏR

Top