
“İsrail Qəzza zolağında atəşkəs əldə etmək imkanını nəzərdən keçirmir və Fələstinin radikal HƏMAS təşkilatına qarşı hərbi əməliyyatını davam etdirmək niyyətindədir”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mən İsrailin atəşkəslə bağlı mövqeyini aydınlaşdırmaq istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından və ya 11 sentyabr terror aktlarından sonra atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-dəki dəhşətli hücumlardan sonra HƏMAS-a qarşı hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq”, - o, mətbuat konfransında bildirib.