“Fransa Ermənistan üçün özünü Rusiyaya alternativ kimi göstərir”


“Fransa ilə hərbi əməkdaşlıq Ermənistana o qədər də böyük fayda verməyəcək, əksinə, İrəvanla Moskva arasında əməkdaşlığa ciddi ziyan vuracaq, çünki Parislə münasibətlər birləşmə prinsipi üzərində deyil, müxalifətçilik prinsipi üzərində qurulub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərbi ekspert, Ermənistan müdafiə nazirinin keçmiş müşaviri David Camalyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.
Camalyan hesab edir ki, Fransadan hər hansı əhəmiyyətli həcmdə silah tədarükündən söhbət getmir:
“Proses kifayət qədər siyasiləşib və adamda belə bir təəssürat yaranır ki, üç radarın və digər əməkdaşlıq atributlarının ötürülməsi Ermənistan hakimiyyəti tərəfindən şişirdiləcək və bir şouya çevriləcək”
Ekspert Fransanın Rusiyaya alternativ kimi təqdim edilməsi cəhdlərini erməni cəmiyyətinə tətbiq edilən böyük yanlış təsəvvür hesab edir:
“Qərbin və xüsusən də Fransanın əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Fransa indi Ermənistan üçün özünü Rusiyaya alternativ kimi göstərir. Amma bu, böyük illüziya, mifdir. Ən yaxşı halda Paris bizim müdafiə ehtiyacımızın yalnız kiçik bir hissəsini qane edə bilər. Yalnız Rusiya və qismən İran ehtiyacımızı qarşılıya bilər”.

DİGƏR XƏBƏRLƏR

Top