Hansı ölkədə oxuma-yazma bacarmayanların sayı daha çoxdur?


Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 0,3%-i oxuma-yazma bacarmır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumat üçün qeyd edək ki, region ölkələri arasında oxuma-yazma bacarığı olmayan insanların (15 yaşdan yuxarı) sayı ən çox Türkiyədə qeydə alınıb.
UNESCO-nun apardığı qiymətləndirməyə görə, Türkiyədə qadınların 5,6%-i, kişilərin isə 0,9%-i oxuma-yazma bilmir.
Region ölkələrində 15 yaşından yuxarı əhalinin savadsızlıq əmsalı (oxuma-yazma bilməyənlər) aşağıdakı kimi olub:
Ölkələr Qadınlar Kişilər
Azərbaycan 0,3 % 0,2 %
Belarus 0,1 % 0,1 %
Ermənistan 0,3 % 0,2 %
Qazaxıstan 0,2 % 0,1 %
Qırğızıstan 0,5 % 0,3%
Moldova 0,9 % 0,6 %
Rusiya 0,1 % 0,1%
Tacikistan 0,3 % 0,2 %
Türkiyə 5,6 % 0,9 %
Ukrayna 0,3 % 0,2 %

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top