DOST 140 min manata “Chatbot” alır


Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) keçirdiyi tender müsabiqəsinin qalibi “VVHELP” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, DOST  “Chatbot” (Sosial bot) platformasının satın alınmasına görə “VVHELP” MMC-yə 140 min manat ödəyəcək.
Nizamnamə kapitalı 100 manat olan “VVHELP” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi Prospekti, ev 92A, m. 298-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rəsulov Seymur Ənvər oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top