Ali Məhkəmə bu şirkətdən 1,8 milyonluq İT avadanlığı alır


Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Ali Məhkəmənin İnzibati binasında İT infrastrukturunun yenilənməsi və texnoloji avadanlıqların satınalınması məqəsdilə keçirilən tender müsabiqəsinin qalibi "İNFİNİTECH” MMC (VÖEN – 1300226131) olub.
Ali Məhkəmə qalib şirkətə 1 milyon 805 min 730 manat 99 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 250 min 20 manat olan "İNFİNİTECH” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əyyubov Mustafa Sabir oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top