“Türkiyə fələstinlilərə yardım göstərmək üçün səhra xəstəxanası yaratmağa, həmçinin yaralıların müalicəsi üçün öz ərazisinə hava daşınmasını təşkil etməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca iordaniyalı həmkarı Firas əl-Havari ilə danışıqlar zamanı bildirib.
"Mən İordaniyanın səhiyyə naziri Firas İbrahim əl-Havari ilə Qəzzaya tibbi yardım göstərilməsi məsələlərini müzakirə etdim. Mən iordaniyalı həmkarıma bildirdim ki, biz səhra xəstəxanası yaratmağa və lazım gələrsə, yaralıların sonrakı müayinə və müalicəsi üçün ölkəmə hava daşınmasını təmin etməyə, habelə tibb personalı, dərman vasitələri və tibbi avadanlıqla təminat verməyə hazırıq”.