Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun “Qalei İDF” radiostansiyası məlumat yayıb.
Məlumata görə, Sunakın təyyarəsi Təl-Əviv yaxınlığındakı “Ben Qurion” hava limanına yenicə enib. Sunakın israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.
***06:45
Böyük Britaniyanın Baş naziri Rişi Sunak oktyabrın 19-da İsrailə həmrəylik səfəri edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, səfər zamanı Sunak İsrailin siyasi və hərbi rəhbərliyinin nümayəndələri, o cümlədən ölkənin hökumət başçısı Benyamin Netanyahu ilə görüşəcək.
Bildirilib ki, İsrailə səfərindən sonra o, Yaxın Şərqin digər ölkələrinə də səfər edəcək.
Sunak ofisinin “X” sosial şəbəkəsindəki hesabında deyilir: “Qəzzada Əl-Əhli xəstəxanasına hücum region və dünya liderlərinin birləşmək və gələcəkdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün dönüş nöqtəsi olmalıdır”.
Qeyd edək ki, bir gün əvvəl, oktyabrın 18-də ABŞ Prezidenti Co Bayden İsrailə səfər edib, oktyabrın 17-də isə Almaniya kansleri Olaf Şolz bu ölkəyə uçub.
Xatırladaq ki, İsraillə Fələstinin Həmas hərəkatı arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. İsrail münaqişənin 1,4 mindən çox, Fələstin isə 3 minə yaxın qurbanı olduğunu bildirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzza zolağında həlak olanların yarısı qadın və uşaqlardır.