“Putinin Rusiyada rəqibi yoxdur və ola da bilməz” – Peskov


“Rusiya Prezidenti Vladimir Putinin Rusiyada heç bir rəqibi yoxdur və ola da bilməz”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Biz dəfələrlə demişik ki, Putin, sözsüz ki, ölkəmizdə bir nömrəli siyasətçi və dövlət xadimidir. Mənim şəxsi fikrim, hərçənd ki, bunu demək hüququm yoxdur, amma qaydaları pozaraq deyə bilərəm ki, onun hazırda Rusiya Federasiyasında rəqibləri yoxdur və ola da bilməz”, - Kreml sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top