
Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets 61 yaşında vəfat edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kobrinets İstanbulun Taksim rayonunda yerləşən otel otağında ölü tapılıb.
Bildirilir ki, səhər görüşünə gələ bilməyən diplomatın həmkarları onunla əlaqə saxlamağa çalışıb. Bundan sonra otel işçiləri Kobrinetsin otağına girərək onun cəsədini tapıblar.
İlkin məlumatlara görə, diplomat ürək tutmasından dünyasını dəyişib. Diplomatın meyiti ölümün dəqiq səbəbini müəyyən etmək üçün morqa aparılıb.