
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin Rusiyanı HƏMAS-ı silahla təchiz etməkdə əli olmaqda ittiham etmək cəhdlərini spekulyasiya adlandırıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bunu məsələ ilə bağlı şərhində bildirib.
“Qərb ölkələrində Rusiyanı HƏMAS-ın hərbiləşdirilmiş strukturlarını silah və sursatla təchiz etməkdə iştirakda ittiham etmək cəhdləri ilə bağlı spekulyasiyalar yayılır”, - Zaxarova deyib.
Diplomat qeyd edib ki, Qərbin Ukraynaya verdiyi silahlar bütün dünyaya nəzarətsiz şəkildə paylanır və bundan cinayət strukturları gəlir əldə edir.
Zaxarova, həmçinin, Qərbin bütün dünyada Ukraynaya silah almaq üçün boz sxemlərdən istifadə etdiyini bildirib.